Kontentə keç

Mündəricatı göstər

 DƏRS 15

Allahın dostları yaxşı işlər görürlər

Allahın dostları yaxşı işlər görürlər

Ürəkdən sevdiyin və hörmət etdiyin dostun varsa, ona bənzəməyə çalışırsan. Müqəddəs Kitabda deyilir ki, «Yehova kəramətlidir, haqdır» (Zəbur 25:8). Allahla dost olmaq üçün biz də xeyirxah və haqsevər olmalıyıq. Müqəddəs Kitabda deyilir: «Allahın sevimli övladları kimi Ona bənzəməyə çalışın, məhəbbət yolunda yeriyin» (Efeslilərə 5:1, 2). Bunu necə etmək olar?

Başqalarına kömək etməyə hazır ol. «Hamıya... yaxşılıq edək» (Qalatiyalılara 6:10).

Zəhmətkeş ol. «Oğurluq edən daha oğurluq etməsin, əlinin halal zəhməti ilə dolansın» (Efeslilərə 4:28).

Fiziki və əxlaqi cəhətdən təmiz qal. «Cismi və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək və Allah qorxusu ilə tam müqəddəsliyə yetişək» (2 Korinflilərə 7:1).

 Ailə üzvlərinlə mehribancasına və hörmətlə davran. «Hər kəs arvadını özünü sevdiyi kimi sevsin, arvad da ərinə dərin hörmət bəsləsin. Uşaqlar,.. valideynlərinizin sözünə qulaq asın» (Efeslilərə 5:33—6:1).

Başqalarına məhəbbət göstər. «Bir-birimizi sevək, çünki məhəbbət Allahdandır» (1 Yəhya 4:7).

Yaşadığın ölkənin qanunlarına riayət et. «Qoy hər kəs hökumətə tabe olsun... hər kəsə haqqını verin: vergidirsə — vergini» (Romalılara 13:1, 7).