Kontentə keç

Mündəricatı göstər

 DƏRS 1

Allah səni Özü ilə dost olmağa çağırır

Allah səni Özü ilə dost olmağa çağırır

Allah istəyir ki, sən Onun dostu olasan. Kainatda ən böyük Şəxsiyyətin dostu olmaq barəsində heç düşünmüsən? Qədimdə yaşamış İbrahimə Allahın dostu deyilirdi (Yaqub 2:23). Müqəddəs Kitabda Allahla dostluq etmiş və bolluca xeyir-dua almış başqa adamlardan da danışılır. Bu gün dünyanın hər yerində insanlar Allahla dostlaşırlar. Sən də Allahın dostu ola bilərsən.

Allahla dostluq, hər hansı bir adamla dostluqdan qat-qat yaxşıdır. Allah heç vaxt vəfalı dostlarının ürəyini sındırmır (Zəbur 18:25). Allahın dostu olmaq dövlətli olmaqdan qat-qat yaxşıdır. Varlı adam öləndə onun var-dövləti başqalarına qalır. Amma Allahla dostluq elə bir sərvətdir ki, onu heç kim əlimizdən ala bilməz (Mətta 6:19).

Bəzi adamlar Allah haqqında öyrənməyinə mane olmağa çalışacaqlar. Onların arasında hətta qohumların və yaxın dostların ola bilər (Mətta 10:36, 37). Kimsə sənə lağ edəndə və ya hədə-qorxu gələndə özündən soruş: mən kimi razı salmaq istəyirəm — Allahı, yoxsa insanları? Bir düşün: əgər kimsə sənə «yemək yemə» desə, ona qulaq asardın? Sözsüz ki, yox! Yaşamaq üçün sənə qida lazımdır. Allah isə sənə əbədi həyat verə bilər! Buna görə də Allahla dostlaşmağına kimsənin mane olmasına yol vermə (Yəhya 17:3).