Kontentə keç

Mündəricatı göstər

 MƏSİHİ HƏYATI

Toplantılar məhəbbət göstərmək üçün fürsətdir

Toplantılar məhəbbət göstərmək üçün fürsətdir

Nəyə görə toplantılarda iştirak etmək bizə xoşdur? Qədim İsraildə olduğu kimi bu gün də toplantılarda yüzlərlə, hətta minlərlə dindaşımızla birgə Yehovaya ibadət etmək imkanımız olur. Ruhani qida bolluğundan həzz alırıq. Həmçinin ailəmizlə və dostlarımızla da xoş vaxt keçiririk. Məhz bu səbəbdən biz toplantının üç günündə də iştirak etməyə çalışırıq.

Dindaşlarımızla birgə yığışanda təkcə nə əldə edəcəyimiz barədə yox, başqalarına necə məhəbbət göstərə biləcəyimiz barədə də düşünməliyik (Qt 6:10; İb 10:24, 25). Bacı-qardaşlarımız üçün qapını saxlayanda, yalnız özümüzə lazım olan qədər yer tutanda başqalarının rifahını düşündüyümüzü göstəririk (Fp 2:3, 4). Toplantı yeni dostlar qazanmaq üçün çox gözəl fürsətdir. Proqramdan əvvəl və sonra, həmçinin nahar fasiləsi zamanı tanımadığımız dindaşlarımızla tanış ola bilərik (2Kr 6:13). Bu toplantılarda biz ömürlük dostlar tapa bilərik! Ən əsası isə əməldə məhəbbət göstərdiyimizi müşahidə edən insanlar bizimlə birgə Yehovaya ibadət etmək qərarına gələ bilər (Yh 13:35).

«“MƏHƏBBƏT HEÇ VAXT TÜKƏNMİR!” ADLI BEYNƏLXALQ TOPLANTILAR» VİDEOSUNA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • 2019-cu ilin beynəlxalq toplantılarında qonaqlara necə məhəbbət göstərilmişdi?

  • Nəyə görə Yehovanın xalqı arasındakı birlik və məhəbbət heyrətamizdir?

  • Rəhbərlik Şurasının üzvləri məsihi məhəbbətinin hansı yönlərini vurğulamışdılar?

  • Toplantılarda hökm sürən məhəbbətə öz töhfənizi necə verə bilərsiniz?

    Məsihi məhəbbəti Almaniyada və Cənubi Koreyada necə zəfər çalmışdı?

  • Biz nəyə qəti qərarlı olmalıyıq?