Kontentə keç

Mündəricatı göstər

 MƏSİHİ HƏYATI

Yehova təmiz insanları sevir

Yehova təmiz insanları sevir

«Əllərini yu. Otağını təmizlə. Döşəməni sil. Zibili at». Əksər valideynlər bu sözlərlə övladlarına təmizliyi öyrədirlər. Lakin təmizlik bizim müqəddəs Allahımızdan qaynaqlanır (Çx 30:18—20; Qn 23:14; 2Kr 7:1). Biz bədənimizi, əşyalarımızı təmiz saxlayanda Yehovanı şərəfləndiririk (1Bt 1:14—16). Bəs evimizi, ətrafımızı necə saxlamalıyıq? İnsanlar yollara, parklara zibil atsalar da, biz məsihilər öz tərəfimizdən çalışırıq ki, Yer kürəsini təmiz saxlayaq (Zb 115:16; Vh 11:18). Hətta kiçik şeylərdə də, məsələn, konfet kağızını, içki şüşəsini, saqqızı hara atmağımızla təmizliyə münasibətimiz üzə çıxır. Biz həyatın hər sahəsində özümüzü Allahın xidmətçiləri kimi göstərməliyik (2Kr 6:3, 4).

«ALLAH TƏMİZ İNSANLARI SEVİR» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:

  • Bəzi adamlar əşyalarını təmiz saxlamamalarına nəyi bəhanə gətirirlər?

  • Musanın Qanunu Yehovanın təmizliyə münasibətini necə əks etdirir?

  • Biz Yehova haqqında necə sözsüz şahidlik edə bilərik?

Yehovanın təmizliyə münasibətini həyatımda necə əks etdirə bilərəm?