Kontentə keç

Mündəricatı göstər

 ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | LAVİLİLƏR 8, 9

Yehovanın razılığına əlamət

Yehovanın razılığına əlamət

8:6—9, 12; 9:1—5, 23, 24

Yehova alov göndərib kahinliyə yenicə təyin olunmuş Harun nəslinin gətirdiyi ilk yandırma qurbanını yandırdı. Bu, Yehovanın bu quruluşdan razı qaldığını və onu dəstəklədiyini göstərirdi. Bununla da Yehova oraya toplaşmış xalqı kahinləri tam dəstəkləməyə təşviq etdi. Bu gün Yehova şərəfə ucaldılmış İsa Məsihdən böyük Baş Kahin kimi istifadə edir (İb 9:11, 12). 1919-cu ildə İsa məsh olunmuşlardan ibarət kiçik qrupu «sadiq və ağıllı nökər» təyin etdi (Mt 24:45). Yehovanın sadiq nökərdən razı olduğu, onun işini avand etdiyi nədən görünür?

  • Amansız təqiblərə baxmayaraq, sadiq nökər Allahın xalqını ruhani qida ilə təmin edir

  • Qabaqcadan deyildiyi kimi, müjdə «bütün yer üzündə» təbliğ olunur (Mt 24:14)

Sadiq və ağıllı nökəri tam şəkildə necə dəstəkləyə bilərik?