Kontentə keç

Məsihi həyatı və ibadəti görüşü üçün göstərişlər

Məsihi həyatı və ibadəti görüşü üçün göstərişlər

Mündəricat

1. Məsihi həyatı və ibadəti görüşü iş dəftərindəki və aşağıdakı təlimatlara əsasən keçirilir. Bütün təbliğçiləri tapşırıqlarda iştirak etməyə təşviq etmək lazımdır. İbadət görüşlərində müntəzəm iştirak edən digərləri də, əgər Müqəddəs Kitab tələblərinə müvafiq gəlirlərsə və məsihi prinsiplərinə uyğun həyat tərzi sürürlərsə, tapşırıqlarda iştirak edə bilərlər (be s. 282).

GİRİŞ SÖZLƏR

 2. Bir dəqiqə. Hər həftə ilk nəğmə və duadan sonra Məsihi həyatı və ibadəti görüşünün sədri bütün görüşə dair dinləyicilərdə maraq oyatmalıdır. O, diqqəti yığıncaq üçün aktual olan fikirlərə yönəltməlidir.

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

  3. Nitq (on dəqiqə). Mövzu və qeyd olunmuş iki-üç əsas fikir «Məsihi həyatı və ibadəti. İş dəftəri»ndə göstərilir. Bu nitqi ağsaqqal və ya təcrübəli yığıncaq xidmətçisi təqdim edir. Müqəddəs Kitabın həftəlik mütaliəsində Müqəddəs Kitabın hər yeni bölməsi (kitabı) videoçarx vasitəsilə təqdim olunur. Natiq mövzunu video ilə əlaqələndirə bilər. Ancaq iş dəftərindəki bəndləri  mütləq açıqlamalıdır. Həmçinin vaxt olsa, verilən materiala aid şəkillərdən də istifadə etməli və ayələrdəki fikirləri vurğulamalıdır.

 4. Hikmət xəzinəsindən incilər (on dəqiqə). Açılış və yekun sözləri olmadan sual-cavab şəklində keçirilir. Bəndi ağsaqqal və ya təcrübəli yığıncaq xidmətçisi təqdim edir. Bəndi aparan qardaş üç sual arasındakı vaxtı yığıncağın tələbatına uyğun şəkildə bölüşdürə bilər. Bununla belə, bütün sualların müzakirə edilməsi mütləqdir. Həmçinin ilk iki sualda gətirilən bütün ayələrin oxunulub-oxunulmayacağını müəyyən etməlidir. Verilən şərhlər 30 saniyəni aşmamalıdır.

  5. Müqəddəs Kitab qiraəti (dörd dəqiqə və ya az). Bu tapşırıq qardaşa verilir. Şagird təyin olunmuş materialı giriş və yekun sözlər əlavə etmədən oxumalıdır. Görüşün sədri şagirdə düzgün, aydın, rəvan, təbii, habelə düzgün məntiqi vurğu, intonasiya və fasilə ilə oxumaq sahəsində səriştəli olmağa kömək etməlidir. Müqəddəs Kitab parçaları bəzən qısa, bəzən uzun olduğundan Məsihi həyatı və ibadəti görüşünün nəzarətçisi tapşırıq verərkən şagirdlərin bacarığını nəzərə almalıdır.

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

 6. On beş dəqiqə və ya az. Görüşün bu hissəsi hamıya təbliğ və təlim işində püxtələşməyə, eləcə də öyrəndiklərini praktikada tətbiq etməyə imkan yaradır. Şagirdlər ilk və təkrar söhbətləri «Məsihi həyatı və ibadəti. İş dəftəri»nin birinci səhifəsindəki söhbət planına əsaslandırmalıdır. Təbliğçilər istəsələr, təbliğ üçün əsas vəsaitlərimizdən istənilən nəşri və ya videonu istifadə edə bilərlər. Onlara xidmət zamanı kömək məqsədilə iş dəftərində söhbət planının qarşısında «Ayəni təlim vəsaitində tapın» çərçivəsi var. Şagirdlər tapşırıq zamanı bu çərçivədən istifadə edib-etməməyə özləri qərar verə bilər. İş dəftərində hər şagird tapşırığı üçün vaxt göstərilir və hərdən əlavə göstərişlər verilir. Şərt deyil ki, şagirdlər verilən vaxtı tamamlamaq üçün əlavə material və fikirlərdən istifadə etsinlər. Yaxşı hazırlanmış bəzi səhnəcikləri bir dəqiqə, yaxud da ondan da az vaxt ərzində tamamlamaq olar. Lazım olanda ağsaqqallara da bu tapşırıqları vermək olar.

 7. Söhbət planına aid videolar. Söhbət planına aid videolar hər ay göstəriləcək və müzakirə olunacaq. Bu videolarda ilk və təkrar söhbətlər göstəriləcək. Bu bəndi Məsihi həyatı və ibadəti görüşünün sədri aparır.

 8. İlk söhbət. Bu tapşırıq həm qardaşa, həm də bacıya verilə bilər. Şagirdin köməkçisi eyni cinsdən, yaxud ailə üzvlərindən biri olmalıdır. Şagird və onun köməkçisi istəsələr ya ayaqüstə, ya da oturaraq tapşırığı yerinə yetirə bilərlər. Onlar salamlaşıb başlaya bilərlər. Söhbətə əsas kimi iş dəftərindəki söhbət planından istifadə olunmalıdır.

 9. Təkrar söhbət. Bu tapşırıq həm qardaşa, həm də bacıya verilə bilər. Köməkçi əks cinsdən olmamalıdır (km 10/13 s. 1). Şagird və onun köməkçisi ya masa arxasında otura, ya da ayaq üstə dayana bilər. Şagird tapşırığında artıq ilk söhbət zamanı maraq göstərən adama təkrar söhbət zamanı söhbətin aparmaq üsulunu göstərməlidir. Söhbətə əsas kimi iş dəftərindəki söhbət planından istifadə olunmalıdır.

 10. Müqəddəs Kitab dərsi. Bu tapşırıq həm qardaşa, həm də bacıya verilə bilər. Köməkçi əks cinsdən olmamalıdır (km 10/13 s. 1). Şagird və onun köməkçisi ya masa arxasında otura, ya da ayaq üstə dayana bilər. Bu tapşırıqda gedən dərs prosesinin fraqmenti (qısa parçası) nümayiş olunur. Əgər şagird müvafiq dərsin üzərində işləmirsə, açılış və ya yekun sözləri deməyə ehtiyac yoxdur. Verilən bütün materialı ucadan oxumaq tələb olunmur, amma yenə də istəsələr, bütün materialı oxuya bilərlər. Əsas odur ki, təlim vermək məharəti nümayiş olunsun.

  11. Nitq. Bu tapşırıq qardaşa verilməli və o, bunu yığıncağa nitq formasında təqdim etməlidir.

MƏSİHİ HƏYATI

 12. Nəğmədən sonra bu hissənin 15 dəqiqəsində bir-iki bənd təqdim olunur. Bu bəndlər auditoriyaya Allahın Kəlamında yazılanlara əməl etməyə kömək etmək üçün hazırlanıb. Əgər konkret göstəriş yoxdursa, bu bəndləri ağsaqqal və ya təcrübəli yığıncaq xidmətçisi apara bilər. Yığıncağın tələbatları bəndi isə yalnız ağsaqqala təyin edilir.

  13. Müqəddəs Kitab dərsi (otuz dəqiqə və ya az). Bu bənd təcrübəli ağsaqqala təyin edilir. (Ağsaqqalların sayı az olduğu yığıncaqlarda bu bənd bacarıqlı yığıncaq xidmətçilərinə verilə bilər.) Ağsaqqallar şurası Müqəddəs Kitab dərsini aparmaq üçün elə qardaşlar seçməlidir ki, onlar verilən vaxtdan çıxmamaq şərtilə, materialı mənalı müzakirə etməli, əsas ayələri vurğulamalı və auditoriyaya materialın praktiki dəyərini görməyə kömək etməlidir. «Gözətçi qülləsi» müzakirəsinin aparılmasına dair verilən göstərişlər bu qardaşlar üçün faydalı ola bilər. Təyin olunmuş material ətraflı müzakirə olunubsa, müzakirəni uzatmağa ehtiyac yoxdur. Mümkünsə, hər həftə ayrı-ayrı aparıcılar və oxucular olsun. Əgər Məsihi həyatı və ibadəti görüşünün sədri Müqəddəs Kitab dərsini qısaltmaq qərarına gələrsə, görüşün bu hissəsini aparan qardaş bəndi necə qısaltmağı düşünməlidir. Bunun üçün müəyyən abzasları oxumamaq da olar.

YEKUN SÖZLƏR

  14. Üç dəqiqə və ya az. Sədr hər görüşün sonunda görüş zamanı səslənən faydalı fikirləri təkrarlamalıdır. Həmçinin növbəti həftənin qısa icmalını verməlidir. Cavabını tapacağımız suallardan birini də vurğulaya bilər. Vaxt varsa, gələn həftə çıxış edəcək şagirdlərin adlarını elan etmək olar. Əlavə göstəriş yoxdursa, sədr elanları və ya vacib məktubları yekun zamanı oxuya bilər. Həftəlik cədvələ aid olan məlumatları, məsələn, hər həftə keçirilən təbliğ üçün görüşlərin və ya təmizlik cədvəli səhnədən elan edilməməli, bunun üçün nəzərdə tutulmuş elanlar lövhəsindən asılmalıdır. Əgər hansısa elanı və ya məktubu oxumaq çox vaxt alacaqsa, onda o, Məsihi həyatı hissəsində çıxış edəcək qardaşlardan xahiş edə bilər ki, öz bəndlərini bir az qısaltsınlar. ( 13 17-ci abzaslara bax.) İbadət görüşü nəğmə və dua ilə bitməlidir.

«ÖZÜNÜ OXUMAĞA VƏ TƏLİM VERMƏYƏ HƏSR ET»

 15. Hər bir şagird Məsihi həyatı və ibadəti görüşünə «Təlim» broşürünün çap və ya elektron formatını gətirməlidir. Məsihi həyatı və ibadəti görüşünün sədri şagirdləri tərifləmək və onlara məsləhət vermək üçün bu broşürdən istifadə etməlidir. Hər bir şagird «Məsihi həyatı və ibadəti görüşü. İş dəftəri»ndə tapşırıqların qarşısında mötərizədə göstərilmiş dərsin üzərində işləməlidir. «Müvəffəqiyyət cədvəli» şagirdlərin istifadəsi üçün nəzərdə tutulub, sədr orada heç nə qeyd etməməlidir.

MƏSLƏHƏT

  16. Məsihi həyatı və ibadəti görüşünün sədri tapşırığını yerinə yetirdikdən sonra şagirdi təxminən bir dəqiqə ərzində həm tərifləməli, həm də ona «Təlim» broşürünə əsaslanan məsləhət verməlidir. O, şagirdin hansı dərs üzərində işlədiyini əvvəlcədən elan etməməlidir. Şagird tapşırığı bitirdikdən sonra sədr şagirdi tərifləyib onun hansı dərsin üzərində işlədiyini deməlidir. Şagirdin bu dərsin öhdəsindən yaxşı gəldiyini göstərən konkret məqamları vurğulamalı, yaxud onun bu dərsdə hansı məqamlara diqqət yetirməli olduğunu nəzakətlə izah etməlidir. Şagirdə və ya auditoriyaya faydalı olacaqsa, səhnəciyin digər məqamlarını da qeyd edə bilər. Əlavə məsləhəti «Təlim» broşürünə və ya «Xidmət Məktəbi» kitabına əsaslanaraq görüşdən sonra ayrılıqda və ya başqa vaxt vermək olar. Həm təyin olunmuş, həm də başqa dərsə aid məsləhət verə bilər. ( 17,  22 24-cü abzaslardakı Məsihi həyatı və ibadəti görüşünün sədri və məsləhət verməyə məsul qardaşın rolu ilə bağlı göstərişlərə bax.)

 VAXT

     17. Şagirdlərin tapşırıqları, eləcə də tapşırıqlara dair Məsihi həyatı və ibadəti görüşünün sədrinin verdiyi şərhlər onlar üçün ayrılan vaxtı aşmamalıdır. Əgər tapşırıqlar ayrılmış vaxtdan kənara çıxırsa, onları nəzakətlə dayandırmaq lazımdır. Görüşün digər hissələrinə ayrılmış vaxt aşılırsa, məsləhət verməyə məsul qardaş təklikdə həmin qardaşlara məsləhət verməlidir. ( 24-cü abzasa bax.) Nəğmələr və dualar daxil olmaqla bütün görüş 1 saat 45 dəqiqə çəkməlidir.

RAYON NƏZARƏTÇİSİNİN ZİYARƏTİ

 18. Rayon nəzarətçisinin yığıncağı ziyarət etdiyi həftə proqram növbəti istisna ilə «Məsihi həyatı və ibadəti. İş dəftəri»ndə göstərildiyi kimi aparılmalıdır: Məsihi həyatı hissəsinin «Müqəddəs Kitab dərsi» bəndi rayon nəzarətçisinin 30 dəqiqəlik xidmət çıxışı ilə əvəz edilməlidir. Məsihi həyatı və ibadəti görüşünün sədri xidmət çıxışından əvvəl proqramın keçirilmiş hissələrini təkrarlamalı, növbəti həftənin proqramının qısa icmalını etməli, vacib elanları və məktubları səsləndirməli, sonra isə rayon nəzarətçisini təqdim etməlidir. Xidmət çıxışı bitdikdən sonra rayon nəzarətçisi seçdiyi nəğmə ilə görüşü yekunlaşdırmalıdır. O, yekunda dua etməsi üçün başqa qardaşı dəvət edə bilər. Rayon nəzarətçisinin ziyarəti zamanı ibadət görüşünün keçirildiyi əsas dildə əlavə siniflərdə çıxışlar olmamalıdır. Yığıncağın nəzdində başqa dildə keçirilən qrup rayon nəzarətçisinin ziyarəti zamanı öz görüşlərini adi qayda üzrə keçirə bilər. Amma rayon nəzarətçisinin xidmət çıxışı zamanı qrup bütün yığıncaqla birgə rayon nəzarətçisinin çıxışına qulaq asmalıdır.

BÖYÜK TOPLANTI OLAN HƏFTƏ

 19. Böyük toplantı olan həftə yığıncaq görüşü keçirilmir. Buna görə də həmin həftə üçün olan material fərdi və ya ailəvi şəkildə müzakirə olunmalıdır.

ANMA MƏRASİMİ HƏFTƏSİ

 20. Anma mərasimi həftəarası günə düşərsə, Məsihi həyatı və ibadəti görüşü keçirilməyəcək. Ancaq anma mərasimi günü təbliğ üçün görüşlər keçirilməlidir.

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ GÖRÜŞÜNÜN NƏZARƏTÇİSİ

 21. Məsihi həyatı və ibadəti görüşünün nəzarətçisi ağsaqqallar şurası tərəfindən seçilmiş ağsaqqal olmalıdır. O, görüşün yaxşı təşkil olunmasına və bu göstərişlərə uyğun keçirilməsinə görə məsuliyyət daşıyır. Nəzarətçi məsləhət verməyə məsul qardaşla yaxşı əməkdaşlıq etməlidir. «Məsihi həyatı və ibadəti. İş dəftəri»ni alan kimi nəzarətçi həmin ayın tapşırıqlarını şagirdlərə verməlidir. ( 5—11 abzaslara bax.) Tapşırıq «Məsihi həyatı və ibadəti görüşündə tapşırıq» (S-89) adlı blanka qeyd olunaraq şagirdin çıxışından ən azı üç həftə əvvəl verilməlidir.

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ GÖRÜŞÜNÜN SƏDRİ

  22. Hər həftə ağsaqqallardan biri görüşə sədrlik edir. (Ağsaqqalların sayı az olduğu yığıncaqlarda sədrlik bacarıqlı yığıncaq xidmətçilərinə verilə bilər.) Sədr giriş və yekun sözlər hazırlamalı və bütün hissələri təqdim etməlidir. Söhbət planına aid videoları və «Təlim» broşüründəki yeni dərsə aid videoları müzakirə etməyə hazırlaşmalıdır. Ağsaqqalların sayından asılı olaraq, o da görüşün digər bəndlərini apara bilər. Sədrin bəndlərarası şərhləri çox qısa olmalıdır. Ağsaqqallar şurası bu məsuliyyətə təcrübəli ağsaqqalları təyin etməlidir. Adətən seçilmiş qardaşlar növbə ilə görüşdə sədrlik etməlidirlər. Vəziyyətdən asılı olaraq Məsihi həyatı və ibadəti görüşünün nəzarətçisi digər təcrübəli ağsaqqallardan daha tez-tez sədrlik edə bilər. Əgər ağsaqqala «Müqəddəs Kitab dərsi» bəndini aparmaq tapşırılıbsa, deməli, o, sədr kimi təyin olunmağa yararlıdır. Zəhmət olmasa, unutma: sədr kimi təyin olunan ağsaqqal şagirdləri ürəkdən tərifləməli və onlara faydalı məsləhət verməlidir. Sədr görüşün vaxtında bitməsinə də nəzarət etməlidir. ( 14 17-ci abzaslara bax). Sədr istəsə və əgər kifayət qədər yer varsa,  səhnədə dayaqlı mikrofon quraşdırıla bilər. Beləcə, sədr bu mikrofondan növbəti bəndi elan edərkən bəndi təqdim edəcək qardaş kürsüdə öz yerini ala bilər. Həmçinin sədr istəsə, Müqəddəs Kitab qiraəti və Səriştəli müjdəçi olun tapşırıqları zamanı səhnədə masa arxasında otura bilər. Bununla vaxta qənaət olunar.

AĞSAQQALLAR ŞURASININ KOORDİNATORU

 23. Şagirdlərin tapşırıqlarından savayı görüşün bütün bəndlərini qardaşlara ağsaqqallar şurasının koordinatoru və ya onun seçdiyi ağsaqqal təyin edir. Ağsaqqallar şurasının təsdiq etdiyi ağsaqqalları hər həftə sədr kimi təyin etmək də onun işinə daxildir. Ağsaqqallar şurasının koordinatoru Məsihi həyatı və ibadəti görüşünün nəzarətçisi ilə əməkdaşlıq edərək bütün görüşün cədvəlini tərtib edib məlumat lövhəsindən asmalıdır.

MƏSLƏHƏT VERMƏYƏ MƏSUL QARDAŞ

   24. İmkan daxilində, bu məsuliyyətə təyin olunan ağsaqqal təcrübəli natiq olmalıdır. Bu qardaş ehtiyac yarananda ağsaqqala və ya yığıncaq xidmətçisinə Məsihi həyatı və ibadəti görüşünün bəndləri, açıq məruzələr, «Gözətçi qülləsi» müzakirəsinin və «Müqəddəs Kitab dərsi»nin keçirilməsi və ya oxunması da daxil olmaqla, istənilən çıxışla bağlı təklikdə məsləhət verməlidir. ( 17-ci abzasa bax.) Əgər yığıncaqda yaxşı natiqlik və müəllimlik qabiliyyəti olan bir neçə ağsaqqal varsa, onda bu məsuliyyət hər il bir ağsaqqala həvalə oluna bilər. Məsləhət verməyə məsul qardaşın hər çıxışdan sonra ağsaqqala və ya yığıncaq xidmətçisinə məsləhət verməsinə lüzum yoxdur.

ƏLAVƏ SİNİFLƏR

 25. Şagirdlərin sayından asılı olaraq yığıncaqlar əlavə siniflər təşkil edə bilər. Hər bir əlavə sinifdə məsləhət verən təcrübəli qardaş olmalıdır, üstünlük ağsaqqallara verilir. Ehtiyac olarsa, bu işi təcrübəli yığıncaq xidmətçisi icra edə bilər. Bu məsuliyyəti yerinə yetirəcək qardaşı ağsaqqallar şurası təyin etməlidir. Məsləhət verən qardaş  16-cı abzasda gətirilən göstərişlərə əməl etməlidir. Əlavə sinif varsa, görüşün «Allahın Kəlamındakı xəzinə» hissəsinin «Hikmət xəzinəsindən incilər» bəndindən sonra şagirdlərdən çıxış edəcəkləri sinifə getmələri xahiş olunmalıdır. Onlar görüşün «Səriştəli müjdəçi olun» hissəsindən sonra yenidən öz yerlərini tuta bilərlər. Videoların müzakirəsi zamanı əlavə sinifdə olanlar öz yerlərindən əgər mümkünsə, videoların nümayişini izləməli və müzakirəsini dinləməlidirlər. Əgər bu mümkün deyilsə, əlavə sinifdə məsləhət verən qardaş bu videoları mobil cihazda nümayiş etdirməli və müzakirə etməlidir.

VİDEOLAR

 26. Bu görüşlə bağlı olan seçilmiş videolar nümayiş etdirilir. Həftəarası görüş üçün videolar «JW Library®» proqramında yerləşir və müxtəlif cihazlarda istifadə oluna bilər. Söhbət planına aid videolar Məsihi həyatı və ibadəti görüşündə nümayiş etdirildikdən sonra təbliğ üçün görüşlərdə də göstərilə bilər.