Kontentə keç

Mündəricatı göstər

 ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏRƏMYA 44—48

«Özün üçün böyük şeylər arzulayırsan. Arzulama»

«Özün üçün böyük şeylər arzulayırsan. Arzulama»

45:2—5

Bərux, çox ehtimal ki, saray əyanı idi. O, Yehova Allahın xidmətçisi idi və Ərəmya peyğəmbərə kömək edirdi. Buna baxmayaraq, Bəruxun diqqəti başqa yerə yayınmışdı. O, özü üçün böyük şeylər, ehtimal ki, sarayda yüksək vəzifə və var-dövlət arzulamağa başlamışdı. Yerusəlim məhv olanda sağ qalmaq üçün Bərux düşüncə tərzini dəyişməli idi.