Kontentə keç

Mündəricatı göstər

 MƏSİHİ HƏYATI

Dərs keçərkən videolardan istifadə edin

Dərs keçərkən videolardan istifadə edin

Əyani vəsaitlər insanın diqqətini cəlb edir və ona mövzunu başa düşməyə və öyrəndiyini yadda saxlamağa kömək edir. Dahi Nəsihətçimiz Yehova Allah vacib məqamları başa salmaq üçün əyani vəsaitlərdən istifadə edirdi (Yr 15:5; Ər 18:1—6). Böyük Müəllim olan İsa Məsih də təlim verərkən onlarsız ötüşmürdü (Mt 18:2—6; 22:19—21). Son illər səmərəli surətdə istifadə etdiyimiz əyani vəsaitlərin bir növü də videolardır. Dərs keçərkən videolardan istifadə edirsiniz?

«İlahi müjdə» broşüründən dərs keçərkən istifadə etmək üçün on video hazırlanıb. Ümumilikdə, hər videonun adı broşürdə qalın şriftlə yazılmış suallardan birinə müvafiqdir. Broşürün saytda yerləşən rəqəmsal versiyasında videoları göstərməyi yaddaşlıq edən linklər yerləşdirilib. Bundan başqa, digər təlim vəsaitləri üçün də köməkçi videolar var.

Ola bilsin, dərs keçdiyiniz adam hansısa mövzunu başa düşməyə çətinlik çəkir. Yaxud da müəyyən bir sınaqla üzləşib. jw.org® saytındakı və JW televiziyasındakı videolardan onun tələbatına uyğun olan videonu seçin. Sonra həmin videoya onunla birlikdə baxıb müzakirə edə bilərsiniz.

Hər ay yeni-yeni videolar çıxır. Bu videolara baxanda dərs keçərkən onlardan necə istifadə edəcəyiniz barədə düşünün.