Kontentə keç

Mündəricatı göstər

 MƏSİHİ HƏYATI

Xidmətdə püxtələşək. Şagirdə dərsə hazırlaşmağı öyrədin

Xidmətdə püxtələşək. Şagirdə dərsə hazırlaşmağı öyrədin

NƏYƏ GÖRƏ VACİBDİR? Şagird dərsə hazır olanda keçdiklərini daha yaxşı başa düşə və yadında saxlaya bilər. Bu isə ona ruhani cəhətdən daha tez böyüməyə kömək edəcək. Dərsə hazırlaşmaq həmçinin şagirdə kömək edəcək ki, vəftiz olandan sonra da ruhani cəhətdən oyaq qalmaq üçün yığıncaq görüşlərinə və xidmətə hazırlaşsın (Mt 25:13). Dərsə düzgün və müntəzəm hazırlaşan şagird bunun faydasını bütün həyatı boyu görəcək. Buna görə də dərs keçməyə başladığımız ilk gündən şagirdə dərsə hazırlaşmağı öyrətməliyik.

NECƏ ETMƏLİ?

  • Nümunə qoy (Rm 2:21). Dərsə şagirdi nəzərdə tutaraq hazırlaş (km 15/11 s. 3). Şagirdə sənin kitabda cavabları necə işarələdiyini göstər

  • Şagirdi dərsə hazırlaşmağa təşviq et. Ona Müqəddəs Kitab dərsinə hazırlaşmağın vacibliyini və faydasını izah et. Həmçinin ona hazırlaşmaq üçün necə vaxt ayıra biləcəyinə dair bəzi məsləhətlər ver. Bəzi təbliğçilər dərs zamanı öz kitablarını şagirdə verirlər ki, o, onun işarələdiyi cavablara baxsın. Bunun sayəsində şagird dərsə hazırlaşmağın faydasını görə bilər. Şagird dərsə hazırlaşanda onu təriflə

  • Şagirdə dərsə hazırlaşmağı əyani göstər. Bəzi təbliğçilər əvvəl-əvvəl dərs boyu şagirdə dərsə necə hazırlaşmağı göstərir