Kontentə keç

Mündəricatı göstər

 MƏSİHİ HƏYATI

«İlahi müjdə» broşüründən necə istifadə etməliyik?

«İlahi müjdə» broşüründən necə istifadə etməliyik?

Bir çox təlim nəşrlərimiz elə tərtib olunub ki, insan onu fərdi şəkildə oxuyub həqiqəti başa düşə bilər. Bu nəşr isə fərqlidir. O, təbliğçi ilə birlikdə araşdırmaq üçün nəzərdə tutulub. Buna görə də kiməsə bu broşürü təklif edəndə bir və ya iki abzas müzakirə etmək yaxşı olardı. Abzaslar qısa olduğundan onları insanla həm qapı ağzında, həm də iş yerində müzakirə etmək olar. Düzdür, dərsə birinci fəsildən başlamaq daha yaxşı olardı, amma bu, şərt deyil, ilk dərsi istənilən məqalədən başlamaq olar.

Şagirdi suallar verməyə, təbliğçini isə müəllimlik qabiliyyətini işə salmağa təşviq etmək üçün broşürdə bütün ayələr izah olunmur. Buna görə də hər dərsdən əvvəl yaxşıca hazırlaşmaq lazımdır. Bir şeyi yaxşı-yaxşı yadda saxlayın: həddən artıq danışmaq lazım deyil. Təbii ki, biz Müqəddəs Kitabdan ayələri izah etməyi xoşlayırıq. Ancaq şagirddən ayəni necə başa düşdüyünü soruşmaq daha effektiv olardı. Hörmətcil şəkildə suallar verməklə şagirdə ayənin məğzini başa düşməyə kömək edə bilərik.

Həmin ay hansı ədəbiyyatın təqdim olunmasından asılı olmayaraq, Müqəddəs Kitab dərsi keçirmək üçün nəzərdə tutulan digər nəşrlər kimi, bu broşürü də istənilən vaxt təqdim edə bilərik. Əminik ki, ilk dəfədən qapı ağzında Müqəddəs Kitab dərsinə başlamaq istəyənlərin bu broşürdən istifadə etmək xoşlarına gələcək.