Kontentə keç

Mündəricatı göstər

 MƏSİHİ HƏYATI

Səmərəli fərdi mütaliə edin

Səmərəli fərdi mütaliə edin

NƏ ÜÇÜN VACİBDİR? Allahın Kəlamını fərdi olaraq mütaliə etmək bizə «həqiqətin genişliyini, uzunluğunu, hündürlüyünü və dərinliyini» tam qavramağa kömək edir (Ef 3:18). Bu həmçinin bizə şər dünyada ləkəsiz, məsum qalmağa və həyat sözündən ikiəlli yapışmağa kömək edir (Fp 2:15, 16). Allahın Kəlamını fərdi olaraq mütaliə edərkən biz şəxsən özümüzə lazım olan mövzunu seçə bilirik. Bəs Müqəddəs Kitabı necə oxuyub araşdıraq ki, mümkün qədər çox fayda əldə edək?

NECƏ ETMƏLİ?

  • Çap şəklində, yaxud elektron formatda olan Müqəddəs Kitabınızda ayələri işarələyin və ya qeydlər aparın

  • Allahın Kəlamını oxuduqca özünüzə bu sualları verin: Kim? Nə? Nə zaman? Hara? Nə üçün? Necə?

  • Faktları araşdırın. Axtarış vəsaitlərindən istifadə edərək mövzubəmövzu, ayəbəayə araşdırma aparın

  • Oxuduqlarınızın üzərində düşünərək məlumatın sizə necə aid olduğunu başa düşməyə çalışın

  • Öyrəndiklərinizi gündəlik həyatınızda tətbiq edin (Lk 6:47, 48)

«SƏMƏRƏLİ FƏRDİ MÜTALİƏ EDƏRƏK HƏYAT SÖZÜNDƏN İKİƏLLİ YAPIŞ» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:

  • Bəzi məsihilər fərdi mütaliə haqda nə deyir?

  • Nəyə görə hər dəfə fərdi mütaliəyə başlamazdan əvvəl dua etmək lazımdır?

  • Müqəddəs Kitab parçasını daha yaxşı başa düşməyə bizə nə kömək edə bilər?

  • Biz fərdi mütaliə üçün olan Müqəddəs Kitabımızı necə işarələyə bilərik?

  • Nəyə görə Allahın Kəlamını öyrənərkən düşünmək çox vacibdir?

  • Öyrəndiyimiz həqiqətlərə necə yanaşmalıyıq?

«Qanununu elə sevirəm ki! Gecə-gündüz onu düşünürəm» (Zb 119:97)