Kontentə keç

Mündəricatı göstər

 ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 SALONİKİLİLƏRƏ 1—3

Qanunsuz adamın üzə çıxması

Qanunsuz adamın üzə çıxması

2:6—12

Bulus bu ayələrdə nə demək istəyirdi?

  • «Qarşısını alır» (6-cı ayə) — Görünür, söhbət həvarilərdən gedir

  • «Zühur etməsi» (6-cı ayə) — Həvarilərin ölümündən sonra dönük məsihilər dini riyakarlıqları və yalan təlimləri ilə aşkara çıxdılar

  • «Onun qanunsuzluğu bir sirdir» (7-ci ayə) — Bulusun günlərində qanunsuz adamın kimliyi aydın bilinmirdi

  • «Qanunsuz adam» (8-ci ayə) — Bu gün bu, Xristian dünyasının ruhanilərini bir qrup şəklində təmsil edir

  • «Ağamız İsa... hüzuru aşkar olan vaxt onu [qanunsuz adamı] yox edəcək» (8-ci ayə) — İsa Yehovanın Şeytan dünyasına, o cümlədən «qanunsuz adama» çıxardığı hökmü icra edərək göydə Padşah olduğunu nümayiş etdirəcək

Nəyə görə bu ayələr sizi səylə və təxirə salmadan təbliğ işində iştirak etməyə təşviq edir?