Kontentə keç

Mündəricatı göstər

 MƏSİHİ HƏYATI

Mahnılardan nə öyrənirik?

Mahnılardan nə öyrənirik?

Ən çox sevdiyiniz mahnılar hansılardır? Nəyə görə onları sevirsiniz? Yəqin fikir vermisiniz ki, onların klipində gündəlik həyatdan olan səhnələr canlandırılır. Mahnıların mövzuları və musiqisi müxtəlifdir. Ona görə də onların arasında hamının zövqünə uyğun olan mahnı var. Bununla belə, mahnılar və onların klipi sadəcə əylənmək üçün deyil.

Mahnıların hər biri bizə məsihi kimi həyatımızda və ibadətimizdə tətbiq etmək üçün nə isə öyrədir. Bəzi mahnılar qonaqpərvərlik, birlik, dostluq, cəsarət, məhəbbət və iman haqqındadır. Digərləri Yehovaya geri dönmək, bağışlamaq, hər gün Allaha sadiq qalmaq, ruhani məqsədlərə can atmaq barədədir. Hətta mobil telefondan tarazlı istifadə etmək barədə də mahnı var. Bəs siz mahnılardan başqa hansı sahələrdə faydalanmısınız?

«YENİ DÜNYA YAXINDIR» ADLI KLİPƏ BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:

  • Yaşlı ər-arvad gələcəkdə alacaqları hansı nemətlər haqqında fikirləşir? (Yr 12:3)

  • Yehovanın verdiyi vədləri yerinə yetirməyə qadir olduğuna imanımızı necə möhkəmləndirə bilərik?

  • Tezliklə kimlər bir-birinə qovuşacaq?

  • Padşahlıq ümidi bizə indiki çətinliklərə dözməyə necə kömək edir? (Rm 8:25)