Kontentə keç

Mündəricatı göstər

 MƏSİHİ HƏYATI

Xidmətdə püxtələşək. Suallardan məharətlə istifadə edin

Xidmətdə püxtələşək. Suallardan məharətlə istifadə edin

NƏ ÜÇÜN VACİBDİR? Əgər «ürəyin düşüncələri dərin sulara bənzər»dirsə, onda o suları çıxarmaq üçün bizə vedrə, yəni suallar lazımdır (Ms 20:5). Sualların sayəsində həmsöhbətimiz də söhbətdə iştirak edə bilər. Düşünülmüş suallar çox vaxt insanın əslində nə düşündüyünü üzə çıxarır. İsa Məsih suallardan məharətlə istifadə edirdi. Bəs biz bu sahədə ona necə bənzəyə bilərik?

NECƏ ETMƏLİ?

  • İnsanın fikrini öyrən. İsa şagirdlərinin fikrini öyrənmək üçün suallardan məharətlə istifadə edirdi (Mt 16:13—16; be s. 238, abz. 3—5). İnsanın fikrini öyrənmək üçün hansı sualları verə bilərsiniz?

  • Düzgün nəticəyə gəlmək üçün suallar ver. Butrus düzgün nəticəyə gəlsin deyə, İsa Məsih ona həm sual, həm də cavabı tapmağa kömək edən variantlar vermişdi (Mt 17:24—26). Həmsöhbətinizin düzgün nəticəyə gələ bilməsi üçün ona hansı sualları verə bilərsiniz?

  • Həmsöhbətini təriflə. Bir dəfə mirzə suala düzgün cavab verəndə İsa onu tərifləmişdi (Mr 12:34). Bəs siz həmsöhbətinizi necə tərifləyə bilərsiniz?

«İSA MƏSİHİN GÖRDÜYÜ İŞLƏRİ GÖRÜN — ÖYRƏTMƏK» ADLI VİDEONUN BİRİNCİ HİSSƏSİNƏ BAXDIQDAN SONRA AŞAĞIDAKI SUALLARA CAVAB VERİN:

  • Təbliğçinin şagirdə çatdırdığı məlumat düzgün olsa da, nəyə görə çatdırma üsulu düzgün deyildi?

  • Nəyə görə şagirdə sadəcə məlumatı çatdırmaq kifayət deyil?

HƏMİN VİDEONUN İKİNCİ HİSSƏSİNƏ BAXDIQDAN SONRA AŞAĞIDAKI SUALLARA CAVAB VERİN:

  • Təbliğçi suallardan məharətlə necə istifadə etdi?

  • Bu videoda başqa hansı diqqətəlayiq məqamlar var idi?

Bizim öyrətmək üsulumuz insanlara necə təsir edir? (Lk 24:32)