Azərbaycan
Xoşbəxtlik yolu. Xoşbəxtlik nədir?
https://cms-imgp.jw-cdn.org/img/p/102018015/univ/art/102018015_univ_sqr_xl.jpg

XOŞBƏXTLİK YOLU

Xoşbəxtlik nədir?

Xoşbəxtlik nədir?

XOŞBƏXTSİNİZ? Əgər elədirsə, sizi xoşbəxt edən nədir? Ola bilsin, ailəniz, işiniz və ya dini etiqadınız. Bəlkə, tezliklə təhsilinizi bitirəcək, yaxşı işə düzələcək və ya yeni avtomobil alacağınıza görə xoşbəxtsiniz?

Çoxları hədəflərinə çatanda, yaxud da istədikləri şeyi əldə edəndə xoşbəxtlik duyurlar. Əfsus ki, bu cür xoşbəxtlik çox vaxt uzun çəkməyən ötəri bir hiss olur.

Bir izahata əsasən, xoşbəxtlik adi məmnunluq hissindən tutmuş güclü sevinc hissinə kimi müxtəlif duyğularla səciyyələnən xüsusiyyətdir və təbii olaraq, insan onun bitməsini istəmir.

Digər bir izahatda deyilir ki, davamlı hiss olan xoşbəxtlik səyahətin son nöqtəsi yox, özüdür. «O vaxt xoşbəxt olacağam ki...» deyəndə xoşbəxtliyimizi səyahət boyu dadmaq əvəzinə, sanki sona saxlayırıq.

Xoşbəxtliyi yaxşı sağlamlıqla müqayisə etmək olar. Səhhətimizin yaxşı olması üçün düzgün qidalanmaq, idmanla məşğul olmaq və ümumiyyətlə, həyat tərzimizə fikir vermək lazımdır. Eynilə, xoşbəxt olmaq üçün də müəyyən addımlar atmaq — sağlam prinsiplər əsasında yaşayaraq düzgün həyat yolunda yerimək gərəkdir.

Bəs hansı prinsiplər və ya xüsusiyyətlər xoşbəxtliyə aparan yolu səciyyələndirir? Ən mühüm amilləri araşdıraq:

  • QANE OLMAQ VƏ SƏXAVƏT

  • SAĞLAMLIQ VƏ DÖZÜM

  • MƏHƏBBƏT

  • BAĞIŞLAMAQ

  • HƏYATIN MƏNASI

  • ÜMİD

Hikmətli kəlmələrlə zəngin olan bir kitabda deyilir: «Nə xoşbəxtdir yolunda kamil olan» (Zəbur 119:1). Gəlin xoşbəxtlik yolu barədə danışaq.