Kontentə keç

Mündəricatı göstər

Müasir həyat üçün olan qədim kitab

Müasir həyat üçün olan qədim kitab

Çox insan Müqəddəs Kitaba dini kitab kimi hörmət edir. Lakin Müqəddəs Kitab sadəcə dini kitab deyil. Orada gündəlik həyat üçün hikmətli məsləhətlər var.

Müqəddəs Kitabı oxuyub, oradakı məsləhətlərə əməl etməyin çoxlarına böyük faydası dəyib. Gəlin bu haqda onların öz dilindən eşidək.

«Həyatım qaydasına düşüb. Əqli və emosional vəziyyətim yaxşılaşıb. İndi həyata daha nikbin baxıram» (Fiona).

«Müqəddəs Kitabı öyrənəndə mən həyatın əsl mənasını, məqsədini tapdım» (Qnitko).

«Həyatım yerdən göyə qədər yaxşılığa doğru dəyişib. İndi mən sadə yaşayıram, ailəmlə daha çox vaxt keçirirəm» (Endryu).

Bu kimi nümunələr az deyil. Dünyanın hər yerindən olan insanlar təsdiq edə bilər ki, Müqəddəs Kitabda gündəlik həyat üçün çoxlu məsləhətlər var.

Gəlin görək Müqəddəs Kitab insanlara həyatın növbəti sahələrində necə kömək edə bilər.

  • Fiziki sağlamlıq

  • Emosional sağlamlıq

  • Ailə və dostluq

  • Maddi vəziyyət

  • Ruhanilik

Növbəti məqalələri oxuyanda əmin olacağıq ki, Müqəddəs Kitab sadəcə dini kitab deyil, o, insana həyatda xoşbəxt yaşamağa kömək edir.