Kontentə keç

Mündəricatı göstər

 STRESSİ DƏF ETMƏK MÜMKÜNDÜR

Stress nədir?

Stress nədir?

Stress orqanizmin gərgin vəziyyətə reaksiyasıdır. Bu zaman beyinin göndərdiyi siqnalların nəticəsində ifraz olunan külli miqdarda hormon bütün orqanizmdə dövr edir. Ürək döyüntüləri artır, qan təzyiqi yüksəlir, tənəffüs tezləşir, əzələlərdə gərginlik yaranır. Stressli vəziyyət keçib-getdikdə orqanizmin fəaliyyəti normallaşır.

MÜSBƏT VƏ MƏNFİ STRESS

Stress orqanizmin çətin, yaxud təhlükəli vəziyyətlərə qarşı durmaq üçün təbii reaksiyasıdır. Reaksiya beyində başlayır. Müsbət stress insanı dərhal hərəkətə keçməyə, yaxud reaksiya verməyə təşviq edir. Müəyyən dərəcədə stress insana məqsədlərinə çatmağa, yaxud işini daha yaxşı görməyə, məsələn, imtahan vaxtı, iş müsahibəsində, idmanla bağlı tədbirdə daha uğurlu nəticə əldə etməyə kömək edə bilər.

Lakin stress uzun sürərsə, şiddətli və ya xroniki olarsa, insan orqanizminə zərər yetirə bilər. Orqanizm mütəmadi olaraq öz gücünü səfərbər edərsə, yaxud həmişə bu vəziyyətdə olarsa, bunun insana emosional, fiziki və əqli zərəri dəyə bilər. İnsanın davranışı, həmçinin başqaları ilə rəftarı dəyişə bilər. Xroniki stressdən əziyyət çəkən insan vəziyyətə tab gətirmək üçün siqaret çəkmək, narkotikdən istifadə etmək və sairə kimi zərərli vərdişlərə aludə ola bilər. Hətta depressiyaya qapıla bilər, insanda tükənmişlik sindromu, sui-qəsd barədə fikirlər yarana bilər.

Düzdür, stress hər kəsə eyni cür təsir etmir, lakin bu, müxtəlif cür xəstəliklərə yol aça bilər. Stress bədənin, demək olar ki, bütün orqanlarına təsir edir.