Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Hüquqi bildiriş

Hüquqi bildiriş

Müəllif hüququ

© 2014 Watch Tower Bible and Tract Society of Pennsylvania, Inc. Bütün hüquqlar qorunur.

Bu sayt Watchtower Bible and Tract Society of New York, Inc. (bundan sonra «Gözətçi Qülləsi Cəmiyyəti») cəmiyyəti tərəfindən yaradılaraq idarə olunur. Başqa cür göstərilməyibsə, saytdakı bütün mətn və digər növ məlumatlar Watch Tower Bible and Tract Society of Pennsylvania cəmiyyətinin intelektual mülkiyyətindədir.

Ticarət nişanları

Adobe, Adobe loqotipi, Acrobat və Acrobat loqotipi Adobe Systems Incorporated şirkətinin ticarət nişanlarıdır. iTunes və iPod Apple Inc. şirkətinə məxsus ticarət nişanlarıdır. Bütün digər ticarət nişanları və qeydiyyata alınmış ticarət nişanları müvafiq mülkiyyətdədir.

«İstifadə şərtləri» və saytdan istifadə hüququ

Hazırkı «İstifadə şərtləri» ilə bu saytın istifadə qaydaları müəyyən edilir. Saytdan istifadə etməklə onun «İstifadə şərtləri»ni tam olaraq qəbul etdiyinizi təsdiq etmiş olursunuz. Əgər «İstifadə şərtləri», habelə onun hər hansı bir müddəası ilə razı deyilsinizsə, onda bu saytdan istifadə etməyin.

Düzgün istifadə dedikdə nə nəzərdə tutulur? Siz, aşağıda və «İstifadə şərtləri»nin hər hansı bəndi ilə müəyyən edilən qaydalarına uyğun olaraq, müəllif hüquqları ilə qorunan şəkilləri, elektron nəşrləri, musiqini, mətnləri, video-faylları (bundan sonra «Materiallar») şəxsi və qeyri-kommersiya məqsədləri üçün baxa, yükləyə və çap edə bilərsiniz. Amma aşağıdakılara icazə verilmir:

  • Bu saytın Materiallarını İnternetdə (istənilən saytda: torrent, fayl-paylaşma və ya sosial şəbəkə saytlarında) yerləşdirilməsi;

  • Bu saytın Materiallarını hər hansı proqram təminatı ilə birgə və ya onun tərkib hissəsi kimi dərc edilməsi;

  • Kommersiya məqsədilə və ya pulun müqabilində (qazanc məqsədi güdülməsə də) saytın materiallarının reprosurətinin, surətinin hazırlanması və ya hər hansı üsulla istifadə edilməsi, habelə bu saytın əsasında və ya ona qoşulmuş (istər statik, istər dinamik) kompüter proqramlarının hazırlanması və ya yayılması;

  • Birbaşa və ya dolayısı yolla kodunun (ilkin mətninin/çıxış kodunun), üzərində qurulduğu proqramların, eləcə də sistematik və ya avtomatik şəkildə məlumatların toplanma üsullarının yaradılması və ya yayılması (habelə məlumat bazasının kompleks axtarışı, çıxarışı, yığılması və intellektual analizi) məqsədilə saytın istifadəsi;

  • Saytdan və ya onun funksiyalarından düzgün olmayan şəkildə istifadə etmək, məsələn, saytın işinə müdaxilə etmək, yaxud da sayta və ya funksiyalarına nəzərdə tutulmayan şəkildə daxil olmaq;

  • Daxilolmanın qarşısını alan və ya alacaq, işinə xələl gətirən və ya gətirəcək şəkildə saytdan istifadə etmək; qeyri-qanuni, fırıldaq və zərərli məqsədlə və ya bu kimi fəaliyyət növü ilə əlaqədar saydan istifadə etmək;

  • Saytdan marketinq fəaliyyətinə aid məqsədlərdə istifadə etmək.

«İstifadə şərtləri»nin pozulması

Hazırkı «İstifadə şərtləri»nin tərəfinizdən hər hansı şəkildə pozulması (hətta bu, Gözətçi Qülləsi Cəmiyyətinin «İstifadə şərtləri» ilə müəyyən edilmiş digər hüquqlarını pozmasa da) Gözətçi Qülləsi Cəmiyyətinin sizə qarşı lazımi hesab etdiyi tədbirlərə əl atması ilə nəticələnə bilər; buna sayta girişinizin məhdudlaşdırılması və ya ümumiyyətlə qadağan edilməsi, IP-ünvanınızı istifadə edən kompüterlərin sayta girişinin qadağan edilməsi, İnternet provayderinizə müraciət edərək sayta girişinizin bağlanması və/və ya sizə qarşı hüquqi tədbirlərin görülməsi daxildir.

Əlavə və dəyişikliklərin edilməsi

Gözətçi Qülləsi Cəmiyyəti istənilən vaxt bu «İstifadə şərtləri»nə dəyişiklik edə bilər. Əlavə və dəyişiklik edilmiş «İstifadə şərtləri» bu saytda dərc edilən vaxtdan qüvvəyə minmiş hesab olunur. Müntəzəm olaraq bu səhifəyə daxil olub son «İstifadə şərtləri» ilə tanış olmağınız xahiş olunur.

Əsaslandığı qanun və yurisdiksiya

«İstifadə şərtləri», kolliziya (qanunların toqquşma) hüququ nəzərə alınmadan, Nyu-York (ABŞ) ştatının qanunları ilə tənzimlənir. Bu «İstifadə şərtləri» ilə bağlı hər hansı iddia Nyu-York (ABŞ) ştatının yurisdiksiyasına aid məhkəmədə (ştatın məhkəməsində və ya federal məhkəmədə) qaldırıla bilər.

Müddəaların bölünməsi

Əgər səlahiyyətli məhkəmə bu «İstifadə şərtləri»nin hər hansı müddəasını əhəmiyyətsiz, etibarsız, hüquqi qüvvəyə malik olmayan və ya qanunsuz olduğu qərarını çıxartsa, onun digər müddəaları qüvvədə qalmış hesab olunur. Gözətçi Qülləsi Cəmiyyəti tərəfindən bu «İstifadə şərtləri»nin hansısa müddəasının icrasının təmin edilməməsi həmin müddəanın rədd edilməsi, yaxud həmin müddəanın riayət edilməsinin tələbindən imtinası kimi dəyərləndirilə və izah edilə bilməz.

Yekun

Bu «İstifadə şərtləri» ilə sizinlə Gözətçi Qülləsi Cəmiyyəti arasında saytdan istifadənizi dair tam şərtləri müəyyən edir və özü ilə bütün əvvəlki şərtləri əvəz edir.